`Ermənistanda dediklərimə görə peşman deyiləm`- MÜSAHİBƏ | EKSKLÜZİV

`Ermənistanda dediklərimə görə peşman deyiləm`- MÜSAHİBƏ | EKSKLÜZİV
  25 Fevral 2014    Oxunub:1295
Aureliya Qriqoriu: `Hərtərəfli yalan olan yerdə doğrunu demək- ekstremizmdir`

Moldovanın ombudsmanı Aureliya Qriqoriunun AzVision.az-a eksklüziv müsahibəsi.

Xocalıdakı amansız soyqırımının növbəti ildönümü öncəsi həqiqəti demək, xüsusilə dünyanın diqqətinə çatdırmaq vacibdir. Təəssüf ki, hər jurnalist, siyasi xadim və başqa ictimai xadim öz mövqeyi barədə açıq və cəsarətlə danışa bilmir.

İstisna kimi Moldova Respublikasının parlament vəkili, Moldova Respublikası vəkillər kollegiyasının üzvü Aureliya Qriqoriunu göstərmək olar.

Biz Aureliya Qriqoriunun 2013-cü il iyulun 4-də Ermənistan parlamentində “Avropa Şurası üzvlərində hüququn aliliyi və mülahizə sərhədlərində Avropa standartları” adlı konfransda “dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının qorunması” başlıqlı nitqindən xatırlayırıq.

- İlk növbədə, gərgin iş qrafikinizdə bizim üçün vaxt ayırdığınıza görə, sizə təşəkkür edirəm. Siz şübhəsiz ki, Moldovanın tanınmış fiqurlarından, parlament vəkili, omdusmansınız. Moldova respublikasının sovet keçmişini xatırlayanda hazırda qadın üçün karyera qurmaq nə dərəcədə çətindir? Siz özünüzə qarşı yaxud ombudsman qismində işləriniz zamanı diskriminasiya ilə üzləşmisinizmi?

- Moldova respublikası bir çox beynəlxalq konsensiyaların, o cümlədən, şübhəsiz ki, qadın hüquqları barədə konvensiyalara üzvdür. Lakin son vaxtlar praktikada qanunlara həmişə əməl olunmur.
Doğurdan da, qadınlar üçün Moldovada karyera qurmaq kifayət qədər çətindir. Siyasi karyeraya gəldikdə, bu daha çətindir. Hazırda Moldova siyasətində qadınların sayı cüzidir. Moldova parlamentində yalnız 19% qadın var (101 deputatdan 19-i qadındır).

Moldova dünyada gender bərabərliyinə görə, 45-ci pillədə qərarlaşıb. Əgər eyni göstəriciyə 2006-cı ildə baxsaydıq, görərdik ki, Moldova 17-ci pillədə idi. Beləliklə, 2006-2012-c illərdə Moldovada gender bərabərliyində geriləmə müşahidə olunub. Lakin 2013-cü ilin ikinci yarısından başlayaraq cəmiyyətin həyatında qadının rolu ilə bağlı müəyyən proqres görünür. Xüsusən də hökumət səviyyəsində iştiraklarına şərait yaradılıb.

2013-cü ildə yeni hökumətin tərkibi təsdiq olunduqdan sonra, 21 üzvdən (Baş nazir, 4-baş nazir müavini, 16 nazir) – 5-i yaxud 23,8%-i qadındır.

Buna qədər nazirlər kabinetində yalnız bir qadın var idi və o, Əmək, sosial müdafiə və ailə naziri idi.

Situasiya yerli səviyyədə də yaxşılaşıb. Belə ki, 2005-ci ildə yerli seçkilərdə namizədlər arasında 15,37% təşkil edirdisə, 2011-ci ildə qadınların sayı artıq 18,51%-ə çatıb.

Mənim ambudsman mandatını icra edən zaman mənə qarşı diskriminasiyanın olmasına gəldikdə qeyd etmək istəyirəm ki, mən şəxsən özümə qarşı diskriminasiya ilə üzləşməmişəm. Lakin 2013-cü ilin iyununda Yerevandakı konfransdakı çıxışımdan sonra mənə qarşı diskriminasiya və təqiblər başlandı.

Bu günlərdə belə mən diskriminasiya və təqiblə üzləşirəm. Məsələn, Moldova Kütləvi İnformasiya Vasitələri tərəfindən mənim fəaliyyətimlə bağlı tam informasiya sükutu hökm sürür. Dərc edilən informasiya isə mənim fəaliyyətimin nəticələrini azaltmaq üçün qəsdən təhrif olunur. Yaxşı ki, informasiyanı təhrif olunmamış şəkildə verməyə imkan verən sosial şəbəkələr mövcuddur.

- “Moldova Respublikasının “Parlament vəkilləri Haqqında” qanununun 5-ci maddəsinin, 2-ci bəndinə əsasən göstərilib ki, parlament ambudsmanının namizədliyini parlamentə prezident təqdim edir. Siz necə hesab edirsizin, Aureliya Andeyevana, bu məqam parlament vəkili vəzifəsini hansı səviyyədə siyasiləşdirir və siz üzərinizdə hakimiyyət tərəfindən hər hansı qərarların verilməsində təzyiq hiss etmisinizmi?

- Mənim fikrimcə, hazırki qanun prezidentə təqdim edilən xalq vəkili haqqında yeni qanundan fərqli olaraq Moldova Respublikasının xalq vəkili vəzifəsinin siyasiləşdirilməsini maksimum önləyir. Vəkil namizədlər barədə təklif prezidentlə yanaşı, parlamentin azı 20 deputatı tərəfindən də verilə bilər.
Qərarların qəbulu zamanı mənə hakimiyyət tərəfindən hər hansı təzyiqin olmasına gəlincə, qeyd etməliyəm ki, belə faktlar qərara qədər və sonra da olub. İlk növbədə bunlar mənim Konstitusiya məhkəməsinə olan sorğularımla bağlı idi. Lakin bunlar mənim qərarıma təsir etmirdi.

- Ötən sualın davamı olaraq ambudsman institut barədə sizin fikirlərinizi almaq istərdim. Sizcə, ambudsmanlıq beynəlxalq standartlara yönəlməli yoxsa, öz vətəndaşlarının spesifikasını nəzərə almalıdır. Axı, bütün vətəndaşalr beynəlxalq standartları qəbul etməyə hazır deyil. Bundan başqa, sizin vəzifəniz həm çoxluğun, həm də azlığın maraqlarını müdafiə etməyi nəzərdə tutur. Bu konfliktlərə səbəb olur? Əgər olursa, siz onları necə həll edirsiniz?

- Ombudsmen olaraq, insan hüquq və azadlıqlarına dair müddəalar yer alan beynəlxalq konvensiyaların bir tərəfi kimi Moldova Respublikasının beynəlxalq standartları qəbul etməsini prioritet hesab edirəm. Hesab edirəm ki, ombudsmanlar üçün mandatları müddətində və sonra toxunulmazlıq təminatı verən vahid standartların hazırlanmasına ehtiyac var.

Əsl ombudsman hökumətin insan hüquqları sahəsindəki çatışmazlıqlarını tənqid etməlidir. Bütün bunlar isə hökumət üçün “cəzalandırma meyli” yaratmaya bilməz. Buna görə, hesab edirəm ki, qanunverici səviyyədə ayın təminatlar verilməlidir ki, onların icrasına beynəlxalq strukturlar nəzarət etsinlər. Azlıqların hüquqlarının müdafiəsinə gəlincə, qeyd etmək istəyirəm ki, ombudsman sadəcə maraqları deyil, məhz hüquq və azadlıqları müdafiə edir. Bu ombudsmanın işində önəmli məqamdır. B u və ya digər azlığın müdafiəsi məsələsində öz mövqeyimi müəyyənləşdirməyimə Avropa İttifaqı ilə imzalanan müqavilə yardım etdi. Orada iştirakçılar “azadlıq, demokratiya prinsiplərinə məxsusluğunu, insan hüquqlarına, əsas azadlıq və qanunlara hörməti, öz xalqlarımız arasında ümumi tarix, mədəniyyət və adətlərə hörmət prinsipi əsasında həmrəyliyin dərinləşməsini əsas götürür. Hesab edirəm ki, bu prinsiplərdən çıxış edərək hakimiyyət öz dövlətinin və xalqının adətlərinə, tarixinə, mədəniyyətinə diqqətlə yanaşmalıdır. Hökumət üçün beynəlxalq strukturların məsləhətinə diqqət etmək, bu və ya digər məsləhətin məqsədəuyğunluğunu analiz etmək çox önəmlidir.

-Siz digər postsovet ölkələrindən olan həmkarlarınızla görüşürsünüzmü, təcrübə müdabiləsi edirsinizmi və ümumiyyətlə, digər ölkələrin ombudsman institutlarının işini necə qiymətlənirə bilərsiniz?

- Əlbəttə ki,digər postsovet ölkərindən, bundan başqa, bir çox Avropa, Asiya və Latın Amerikası ölkələrindən olan həmkarlarımla görüşürəm.

Qeyd etmək istəyirəm ki, beynəlxalq ombudsman forumları böyük nümayəndə heyətləri ilə birlikkdə daha çox Bakıda keçirilir.
Ombudsmanların beynəlxalq tədbirləri adətən, insan hüquqlarının müdafiə olunması, milli strukturların təcrübə mübadiləsi məqsədilə keçirilir. Hər bir ölkədə ombudsman strukturu öz spesifikası, prioritetləri və uğurları ilə seçilir. Lakin məqsəd və hədəflər hamısında birdir.

- Mən sizin ötən il sonradan hərtərəfli ittihamlara məruz qaldığınız Ermənistandakı çıxışınızdan yan keçə bilmirəm. Amma nəzərə alanda ki, siz məsələnin hüquqi aspektlərinə istinad etdiyinizi nəzərə aldıqda buna olan reaksiya yumşaq desək, qəribə gəlir. Lakin hər halda, dediklərinizə görə, peşmansınız?

- Mən dediklərimə görə peşman deyiləm və öz mövqeyimdə təkid edirəm. Erməni tərəfinin məni ictimai şəkildə öz mövqelərimdən imtina etmək cəhdlərinə baxmayaraq (hədələrdən pulla satın almağa qədər) mən bunu etmədim. Mən əvvəllki kimi öz prinsiplərimi müdafiə edirəm. Çünki bu prinsiplər ədalət və doğruya xidmət edir.

Azad sözə qarşı bu cür münasibətə qarşı necə mübarizə aparmaq olar?
- Azad sözə qarşı bu cür münasibətlə mübarizə aparmaq üçün ölkədə 4-cü hakimiyyətin- mətbuatın olması lazımdır. Təəssüf ki, mənmi ölkəmdə bunu olmadığını demək məcburiyyətindəyəm. Çünki, mətbuat bu və ya başqa siyasi partiya və struktur tərəfindən idarə olunur.

- İnsanlar cəsarətlə tənqid edir, qalmaqalları görür, müzakirə edir, lakin tez-tez müsbət nəticələri və nailiyyətləri rədd edir. Siz bir4 sıra sosial problemlərin həllində iştirak etmisiniz lakin bunu elan etmirsiniz. Yalnız qalmaqallı mövzular işıqlandırılır. Siz necə bu gərgin iş rejiminni öhdəsindən gəlirsiniz?

- Ağırdı. Əlbəttə ki, bu düzgün deyil. Lakin sirr deyil ki, KİV-lər cəmiyyətin real həyatını əks etdirmir, əksinə konkret sifarişləri icra edir. Lakin məni bu dayandırmır. Çünki mən reklam yaxud afişa üçün yaşamıram. Mən nəticəyə işləyirəm. Mənim üçün konkret nəticə isə hüquq pozuntusu halında konkret yardım etməkdir.

Və əgər bu məndə alınırsa, deməli, əbəs yerə işləmirəm.

Mirzə Çıraq
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti